Serbiyalı futbolçu: "Cavab matçı "Sumqayıt" üçün daha çətin keçəcək"

Serbiyalı futbolçu: "Cavab matçı "Sumqayıt" üçün daha çətin keçəcək" "İlk matçda oyuna nəzarət etsək də, sərfəli nəticə qazana bilmədik. Rəqibin qapısından bir və ya iki top keçirə bilərdik. Belqraddakı qarşılaşmada qələbəyə layiq olduğumuzu düşünürəm".
Futbol
28 İyul , 2021 09:04
Serbiyalı futbolçu: Cavab matçı Sumqayıt üçün daha çətin keçəcək
Miladin Stevanoviç

"İlk matçda oyuna nəzarət etsək də, sərfəli nəticə qazana bilmədik. Rəqibin qapısından bir və ya iki top keçirə bilərdik. Belqraddakı qarşılaşmada qələbəyə layiq olduğumuzu düşünürəm".

"Report"un məlumatına görə, bu fikirləri Serbiyanın "Çukariçki" komandasının futbolçusu Miladin Stevanoviç "Sumqayıt"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunundan əvvəl klubun rəsmi saytına açıqlamasında deyib.

25 yaşlı müdafiəçi Azərbaycandakı cavab görüşündə yaxşı nəticəyə inandığını bildirib: "Düzdür, Belqradda qolsuz heç-heçə etmişik. Amma düşünürəm ki, daha yaxşı çıxış edə bilərik. Növbəti mərhələyə vəsiqə qazanmağı səbrsizliklə gözləyirik".

Stevanoviçin fikrincə, "Sumqayıt" Serbiyada istədiyi nəticəni əldə etsə də, cavab görüşü daha çətin keçəcək: "Onlar təzyiqlə üzləşəcəklər. Heç nə bizim üçün problem yaratmamalıdır. Nə iqlim şəraiti, nə də səyahət edəcəyimiz ölkə bizə bəhanə olmalıdır. Rəqibi qiymətləndirməmək olmaz, amma biz daha keyfiyyətli komandayıq. Matç çətin keçəcək. Bir qol hər şeyi həll edə bilər. Əsas məqsəd növbəti mərhələyə adlamaqdır. Bu, əlavə vaxtda və ya penaltilər seriyasında da ola bilər".

Qeyd edək ki, iyulun 29-da Sumqayıtdakı "Kapital Bank Arena"da keçiriləcək cavab matçı saat 20:00-da başlayacaq. İlk görüş qolsuz bərabərliklə yekunlaşıb. Bu cütün qalibi III raundda “Hammarbü” (İsveç) - “Maribor” (Sloveniya) cütünün güclüsü ilə qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi