"Səbail" məşqləri bərpa edib
Futbol
- 03 yanvar, 2024
- 11:12
“Səbail” Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünün ikinci mərhələsi üçün hazırlıqlara start verib.
"Report" "dənizçilər"in mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda baş məşqçi Şahin Diniyevin rəhbərliyi altında bu gün “ASCO Arena”da yeni ildə ilk məşqini keçirib.
Paytaxt təmsilçisi hazırlığın növbəti mərhələsi üçün yanvarın 5-də Türkiyənin Antalya şəhərinə yollanacaq. “Miracle Resort” hotelində məskunlaşacaq kollektiv qonşu ölkədə 2 yoxlama oyununda qüvvəsini sınayacaq.
Rəqiblər Rumıniya Superliqa təmsilçisi “Universitatya Cluj” (12 yanvar) və Rusiya Premyer Liqa klubu “Fakel” (15 yanvar) olacaq.
Son xəbərlər
05:32
İspaniya gələn ildən Rusiyadan mayeləşdirilmiş təbii qazın idxalını dayandıracaq
Digər ölkələr05:04
Media: Hakerlər FTB əməkdaşlarının məlumatlarını ələ keçiriblər
İKT05:01
AİB 2026-2027-ci illərdə Azərbaycanda inflyasiya proqnozunu bir qədər artırıb
Maliyyə04:41
AİB: Azərbaycan iqtisadiyyatı 2026-2027-ci illərdə orta hesabla 1,7 % artacaq
Maliyyə04:05
Azərbaycana payız fəsli daxil olub
Ekologiya03:48
Moldova energetika və hidrologiya sahələrində fövqəladə vəziyyət rejimi tətbiq edib
Digər ölkələr03:34
İRNA: İranın Qeşm adası yaxınlığında partlayış səsi eşidilib
Region03:21
"Xatəm əl-Ənbiya": Trampın İran əleyhinə bəyanatları daxili təbliğat vasitəsidir
Region02:54