"Səbail" klubu 3 legioneri ilə əməkdaşlığa son qoyub

"Səbail" klubu 3 legioneri ilə əməkdaşlığa son qoyub "Səbail" klubu futbolçusu Luvaqa Kizito ilə yollarını ayırıb.
Futbol
31 May , 2023 21:13
Səbail klubu 3 legioneri ilə əməkdaşlığa son qoyub

"Səbail" klubu növbəti əcnəbi futbolçusu ilə əməkdaşlığa son qoyub.

Paytaxt təmsilçisindən "Report"a verilən məlumata görə, Qoba Zakpa ilə yollar ayrılıb. 31 yaşlı hücumçunun başa çatan müqaviləsi yenilənməyib.

Qeyd edək ki, "dənizçilər" daha əvvəl Luvaqa Kizito və Qustavo de Fransa ilə vidalaşıb.

20:07

"Səbail" klubu daha bir futbolçusu ilə yollarını ayırıb.

Paytaxt təmsilçisindən "Report"a verilən məlumata görə, Qustavo de Fransa ilə başa çatan müqavilə yenilənməyib.

Qeyd edək ki, braziliyalı müdafiəçi ötən ilin yayından "dənizçilər"in formasını geyinirdi.

18:57

"Səbail" klubu futbolçusu Luvaqa Kizito ilə yollarını ayırıb.

Paytaxt təmsilçisindən "Report"a verilən məlumata görə, portuqaliyalı hücumçu ilə mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib.

"Dənizçilər" 30 yaşlı forvarda xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, Luvaqa Kizito "Səbail"ə ötən ilin yayında keçmişdi.

Son xəbərlər

Orphus sistemi