Samir Əliyev: "Futbolçular döyüşdülər, layiqli mübarizə aparmağa çalışdıq"

Futbol
  • 22 noyabr, 2023
  • 11:41
Samir Əliyev: Futbolçular döyüşdülər, layiqli mübarizə aparmağa çalışdıq
Samir Əliyev

"Uşaqlar döyüşdülər, layiqli mübarizə aparmağa çalışdıq".

Bunu "Report"a açıqlamasında 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Samir Əliyev AVRO-2025-in seçmə mərhələsində Ukraynaya uduzduqları matçla bağlı danışarkən deyib.

44 yaşlı mütəxəssis qrup liderinə, güclü rəqibə qarşı oynadıqlarını bildirib: "Rəqibin heyətində yüksək səviyyəli oyunçular çıxış edirdi. Ağır qarşılaşma alındı. Ağıllı futbol oynadıq. Ukrayna daha əvvəl İngiltərə kimi kollektivə 3 qol vurub. Qrupda ən çox fərqlənən komandadır. Bizim də qol şansımız oldu, təəssüf ki, yararlana bilmədik".

Qeyd edək ki, görüş U-21 millimizin 0:1 hesablı məğlubiyyəti ilə bitib. Ukrayna 15 xalla qrup lideridir. Təmsilçimiz isə 3 xalla beşinci pillədə qərarlaşıb.