"Şamaxı"nın baş məşqçisi: "Çox sadə vəziyyətdə qapımızda qol gördük"

"Şamaxı"nın baş məşqçisi: "Çox sadə vəziyyətdə qapımızda qol gördük" Çox sadə vəziyyətdə qapımızda qol gördük.
Futbol
17 fevral 2025 14:10
Şamaxının baş məşqçisi: Çox sadə vəziyyətdə qapımızda qol gördük

Çox sadə vəziyyətdə qapımızda qol gördük.

"Report" xəbər verir ki, bunu "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov "Kəpəz"ə qarşı Misli Premyer Liqasının XXIII turunun oyunundan sonra baş tutan mətbuat konfransında deyib.

O, heç-heçə başa çatan qarşılaşmanı şərh edib:

"Stress dolu bir oyun oldu. "Kəpəz" kimi biz də məğlub olmaq istəmirdik. Hər iki kollektivin xala ehtiyacı var idi. Futbolçular arasında müəyyən qədər gərginlik hiss olunurdu. Fasiləyə qədər müəyyən qol epizodlarımız olsa da, yararlana bilmədik. Çox sadə vəziyyətdə qapımızda qol gördük. Bununla belə, "Şamaxı" bu gün meydanda əsl mübarizə sərgilədi. Futbolçularımızın çıxışından razıyam. Xallarımızın üzərinə daha biri əlavə olundu. Çempionat gərgin mübarizə şəraitində davam edir".

Qeyd edək ki, XXIII turun görüşündə "Şamaxı" səfərdə "Kəpəz"lə bərabərə qalıb - 1:1.

Son xəbərlər

Orphus sistemi