"Şamaxı" klubu futbolçusu Fuad Bayramovla müqavilənin müddətini uzadıb.
Bölgə təmsilçisindən "Report"a verilən məlumata görə, 24 yaşlı müdafiəçi ilə 1,5 illik sözləşmə imzalanıb.
Qeyd edək ki, "Şamaxı" daha əvvəl Emil Qasımovu heyətinə cəlb edib, Rəhman Daşdəmirov və Rövşən Şahmuradovla müqaviləni yeniləyib.