"Şamaxı" 20-ci, "Sumqayıt" 10-cu dəfə Azərbaycan Kubokunun 1/4 finalında oynayacaq

Futbol
  • 05 dekabr, 2025
  • 10:42
Şamaxı 20-ci, Sumqayıt 10-cu dəfə Azərbaycan Kubokunun 1/4 finalında oynayacaq

"Şamaxı" klubu tarixində 20-ci, "Sumqayıt" isə 10-cu dəfə futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsində iştirak edəcək.

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 1/4 finalçılar arasında ən yüksək göstərici "Qarabağ"a məxsusdur.

Ağdam klubu 27-ci dəfə bu mərhələdə oynayacaq. Bununla da bölgə təmsilçisi 33 dəfə belə uğura imza atan "Neftçi" ilə fərqi azaldacaq.

Mərhələnin digər iştirakçılarından "Qəbələ" və "Kəpəz" 17-ci, "Zirə" 11-ci, "Sabah" 7-ci, "Turan Tovuz" 2-ci dəfə 1/4 finalda oynayacaq.

Bu mərhələdə yeni komandalar olmayacaq. Belə ki, 8 ən yaxşı sırasına yüksələn bütün klublar əvvəllər də 1/4 final həyəcanı yaşayıb.

Qeyd edək ki, ümumilikdə 46 komanda yarımfinalın bir addımlığında olub.

Son xəbərlər

Bütün Xəbər Lenti