De Byazi Aqollini millimizdə özünə köməkçi gətirir

De Byazi Aqollini millimizdə özünə köməkçi gətirir Millimizin yeni baş məşqçisi Canni De Byazinin köməkçilərindən biri müəyyənləşib.
Futbol
11 İyul , 2020 09:24
De Byazi Aqollini millimizdə özünə köməkçi gətirir
Ansi Aqolli

Azərbaycan milli komandasının yeni baş məşqçisi Canni De Byazinin köməkçilərindən biri müəyyənləşib.

"Report"un İtaliya mətbuatına istinadən məlumatına görə, 64 yaşlı mütəxəssis Albaniya millisindən yaxşı tanıdığı, "Qarabağ"ın sabiq futbolçusu Ansi Aqollini də yığmaya gətirir.

Hazırda ABŞ-ın "Nyu-York Kosmos" klubunda çıxış edən 38 yaşlı müdafiəçinin məşqçilər korpusunda olacağı gözlənilir.

Aqolli bir müddət, o cümlədən 2016-cı il Avropa çempionatı qarşılaşmalarında Albaniya millisinin kapitanı olub.

Qeyd edək ki, 2012 - 2019-cu illərdə "Qarabağ"da çıxış etmiş Ansi Aqolli ötən mövsüm ABŞ klubu ilə səviyyəcə dördüncü sayılan Milli Premyer Liqada (NPSL) çempion olub. O, ötən ay komandası ilə başa çatan müqaviləsinin müddətini 1 il uzadıb.

AFFA Canni De Byazi ilə 1,5 illik müqavilə imzalayacaq.

Son xəbərlər

Orphus sistemi