"Sabah"ı "Qəbələ" ilə matça kimin çıxaracağı bəlli olub

"Sabah"ı "Qəbələ" ilə matça kimin çıxaracağı bəlli olub "Sabah"ı "Qəbələ" ilə Azərbaycan Premyer Liqasının IX tur matçına klubun idman direktoru İqor Ponomaryov çıxaracaq.
Futbol
26 Oktyabr , 2021 18:20
Sabahı Qəbələ ilə matça kimin çıxaracağı bəlli olub

"Sabah"ı "Qəbələ" ilə Azərbaycan Premyer Liqasının IX tur matçına klubun idman direktoru İqor Ponomaryov çıxaracaq.

Bu barədə "Report"a 61 yaşlı mütəxəssisin özü məlumat verib. Onun sözlərinə görə, komandanı qarşıdakı oyuna özü hazırlayır.

Oktyabrın 31-də keçiriləcək "Qəbələ" - "Sabah" görüşü saat 16:00-da başlayacaq.

Qeyd edək ki, oktyabrın 21-də Ramin Quliyevlə vidalaşan "Sabah"da baş məşqçi vəzifəsinə bir neçə namizəd var. Onlardan biri də son olaraq Rusiya "Krasnodar"ına başçılıq etmiş Murad Musayevdir.

Son xəbərlər

Orphus sistemi