"Sabah" heyətini yeni futbolçu ilə gücləndirib
Futbol
- 09 sentyabr, 2025
- 23:00
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Sabah" heyətini yeni futbolçu ilə gücləndirib.
Bu barədə "Report"a klubdan məlumat verilib.
Polşalı sol cinah müdafiəçisi Timoteuş Puxaç bundan sonra Masazır təmsilçisinin uğurları üçün çalışacaq. 26 yaşlı futbolçu Almaniyanın "Holştayn Kil" klubundan 1 illik icarəyə götürülüb.
Puxaç karyerası ərzində Polşanın "Lex" (2017-2021), "Zaqlebye Sosnovets" (2018), "QKS Katovitse" (2018/2019), Almaniyanın "Union Berlin" (2021-2024), "Holştayn Kil" (2024-2025), "Kayzerslautern" (2023/2024), Türkiyənin "Trabzonspor" (2022), Yunanıstanın "Panatinaikos" (2023) və İngiltərənin "Plimut" (2025) klublarında çıxış edib. Timoteuş Polşanın əsas millisində 15 oyun keçirib.
Son xəbərlər
05:05
Albaniyada etirazçıların polis bölməsinə hücumu nəticəsində on nəfər yaralanıb
Digər ölkələr
04:38
Mark Karni hərbi bazada partlayış nəticəsində hərbçilərin öldüyünü təsdiqləyib
Digər ölkələr
04:23
İtaliyada aksiyalar zamanı 160 etirazçı saxlanılıb
Digər ölkələr
03:48
SEPAH: Hörmüz boğazında tanker minaya düşüb
Region
03:12
La Liqa: "Real" "Sevilya"nı darmadağın edib
Futbol
02:53
Liviyada hərbi düşərgədə partlayış nəticəsində yeddi nəfər ölüb
Digər ölkələr
02:35
Türkiyə Moskva - Vaşinqton müqaviləsi çərçivəsində Rusiyadan dizel yanacağı alacaq
Region
02:18
Tramp Rusiya-Ukrayna danışıqlarında irəliləyiş olduğunu açıqlayıb
Digər ölkələr
01:38
ABŞ Ukrayna qaçqınlarının ərazisində qalmaq hüququnu ləğv etməyəcək
Digər ölkələr