Rusiyalı futbolçu qətldə şübhəli bilinərək həbs edilib
Futbol
- 29 noyabr, 2024
- 08:51
Rusiyanın səviyyəcə dördüncü divizionunda çıxış edən "Kvant" klubunun futbolçusu Vitali Melnikov qətldə şübhəli bilinərək həbs edilib.
"Report"un yerli mətbuata istinadən məlumatına görə, məhkəmə Kaluqa vilayətinin 6 sakinini, o cümlədən hücumçunu gələn ilin yanvarına qədər həbsdə saxlamağa qərar verib.
Hadisə oktyabrın 31-də baş verib. Cinayətkarlar Çexov şəhər dairəsinin meşə ərazisində bir kişini vəhşicəsinə döyüblər. Kişi huşunu itirdikdən sonra cinayətkarlar qaçıblar, zərərçəkən isə vəfat edib.
Qeyd edək ki, 21 yaşlı Melnikov bu ilin sentyabrında qanunsuz idman mərclərinə görə 6 ay diskvalifikasiya edilmişdi.
Son xəbərlər
16:35
Azərbaycan internet xidmətləri üzrə TOP-5 ölkə sırasında yer alıb
İKT16:30
Macar rejissor Bela Tarr vəfat edib
İncəsənət16:29
Sosial siyasətin dərinləşməsi Azərbaycanın prioritetlərindəndir - RƏY
Sosial müdafiə16:28
Azərbaycanlı futbolçu karyerasını Albaniyada davam etdirəcək
Futbol16:18
ASCO 35 milyon manat kredit cəlb edib
Maliyyə16:17
"Beşiktaş" qapıçısı ilə yollarını ayırdığını açıqlayıb
Futbol16:10
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"nin 8 minə yaxın işçisi var
İnfrastruktur16:02
Türkiyəli general: Türk dövlətlərinin birgə hərbi təlimləri təhdidlərə "yalnız deyilik" mesajı verəcək
Hərbi16:02