Ronaldu Çempionlar Liqasında mövsümün rəmzi komandasına düşmədi

Ronaldu Çempionlar Liqasında mövsümün rəmzi komandasına düşmədi UEFA Çempionlar Liqasında 2019/2020 mövsümünün rəmzi komandası açıqlanıb.
Futbol
990
28 Avqust , 2020 21:22
Ronaldu Çempionlar Liqasında mövsümün rəmzi komandasına düşmədi
Kriştianu Ronaldu

UEFA Çempionlar Liqasında 2019/2020 mövsümünün rəmzi komandası açıqlanıb.

"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, siyahıda 23 futbolçunun adı yer alıb.

Portuqaliya millisinin və "Yuventus"un hücumçusu Kriştianu Ronaldu rəmzi komandadan kənarda qalıb.

Qapıçılar: Manuel Noyer ("Bavariya", Almaniya), Yan Oblak ("Atletiko", İspaniya), Antoni Lopeş ("Lion", Fransa)

Müdafiəçilər: Alfonso Deyvis, David Alaba, Yozua Kimmix (hamısı "Bavariya"), Vircil van Deyk ("Liverpul", İngiltərə), Dayo Yupamekano, Anhelinyo (hər ikisi "Leyptsiq", Almaniya)

Yarımmüdafiəçilər: Tiaqu Alkantara, Leon Qoretska, Tomas Müller (hamısı "Bavariya"), Ussem Aua ("Lion"), Kevin De Bröyne ("Mançester Siti", İngiltərə), Markinyos (PSJ, Fransa), Marsel Zabitser ("Leyptsiq"), Alexandro Qomes ("Atalanta",İtaliya)

Hücumçular: Serj Qnabri, Robert Levandovski (hər ikisi "Bavariya"), Neymar, Kilian Mbappe (hər ikisi PSJ), Lionel Messi ("Barselona", İspaniya), Rahim Sterlinq ("Mançester Siti")

Qeyd edək ki, finalda PSJ-ni 1:0 hesabı ilə məğlub edən "Bavariya" Çempionlar Liqasının qalibi olub.

Son xəbərlər

Orphus sistemi