Roberto Bordin: "Azərbaycan millisi yaxşı komandadır"

Roberto Bordin: "Azərbaycan millisi yaxşı komandadır" "Sabah son zamanlardan özünü yaxşı tərəfdən göstərən rəqibə qarşı vacib oyuna çıxacağıq".
Futbol
5 İyun , 2021 15:21
Roberto Bordin: Azərbaycan millisi yaxşı komandadır
Roberto Bordin

"Son vaxtlar özünü yaxşı tərəfdən göstərən rəqibə qarşı sabah vacib oyuna çıxacağıq".

"Report"un məlumatına görə, bunu futbol üzrə Moldova yığmasının baş məşqçisi Roberto Bordin Azərbaycan millisinə qarşı keçirəcəkləri yoldaşlıq oyunundan əvvəl mətbuat konfransında deyib.

2018 - 2020-ci illərdə "Neftçi"yə rəhbərlik etmiş 56 yaşlı mütəxəssis rəqib oyunçuları tanıdığını bildirib: "Baş məşqçiləri Canni De Byazinin isə zəngin təcrübəsi var. Bizim üçün çətin oyun olacaq. Amma yolumuza davam etməyə çalışmalıyıq".

İtaliyalı baş məşqçi Azərbaycanın zəif və güclü tərəfləri haqqında danışıb: "Rəqibi analiz etmək üçün vaxtımız olub. Bu komanda hazırda yaxşı oynayır. Portuqaliya, Qətər və Türkiyə kimi yığmalarla mübarizə aparıblar. Yəni, yaxşı komandadır. Biz bu gün son məşqdən sonra start heyətə və hansı taktika ilə oynayacağımıza qərar verəcəyik".

Qeyd edək ki, iyunun 6-da Kişineuda keçiriləcək Moldova - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi