“Rəvan” – “Sumqayıt” görüşündə hesab açılmadı
Futbol
- 10 avqust, 2015
- 18:28
Bakı. 10 avqust. REPORT.AZ/ Topaz Premyer Liqasının 2015/2016-cı illər mövsümünün ilk turunda keçirilən “Rəvan” – “Sumqayıt” görüşündə hesab açılmayıb.
"Report"un məlumatına görə, “Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov qarşılaşmaya münasibət bildirərək deyib: “Cari çempionatın ilk oyununa çıxdıq. İstənilən komanda üçün ağırdır. Biz 10 nəfər qaldıqdan sonra vəziyyətə nəzarət “Rəvan”ın əlinə keçdi. Buna baxmayaraq, futbolçular mübarizə apardılar. Qarşıdakı oyunlara hazırlaşmalıyıq”.
“Rəvan”ın baş məşqçisi Emin Quliyev isə öz növbəsində qeyd edib ki, komanda yeni formalaşdırılıb: “Çatışmazlıqlar vardı. Ümumi götürsək, yaxşı oynadıq. Futbolçulara təşəkkür edirəm. Əvəzlənən zaman etiraz edən Fərid Quliyevi cəza gözləyir”.
Son xəbərlər
10:00
İstanbulda xidməti avtobus aşıb, 15 nəfər yaralanıb
Region10:00
Azərbaycan və Rusiya Şimal-Cənub dəhlizi üzrə yükdaşımaların inkişafını müzakirə ediblər
İnfrastruktur09:44
Nepalda daşqın nəticəsində ölənlərin sayı 629-a çatıb
Digər ölkələr09:38
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (29.08.2026)
Maliyyə09:36
Yol polisi sürücüləri həftəsonu yollarda diqqətli olmağa çağırıb
Daxili siyasət09:33
"Neftçi SOCAR" Dünya Qadın Seriyasının Takasaki mərhələsində mübarizəyə başlayır
Komanda09:29
İTV 21 yaşını qeyd edir
Media09:22
Japarov Qırğızıstanda sabitliyi pozmağa cəhd edənləri sərt cəzalandırmağa çağırıb
Region09:00