Rəşad Eyyubov: "Milli komandada işləmək hər bir azərbaycanlı üçün şərəfdir"

Rəşad Eyyubov: "Milli komandada işləmək hər bir azərbaycanlı üçün şərəfdir" Milli komandada işləmək hər bir azərbaycanlı üçün şərəfdir.
Futbol
7 Yanvar , 2025 13:29
Rəşad Eyyubov: Milli komandada işləmək hər bir azərbaycanlı üçün şərəfdir
Rəşad Eyyubov

Milli komandada işləmək hər bir azərbaycanlı üçün şərəfdir.

Bunu "Report"a açıqlamasında futbol üzrə Azərbaycan millisinin məşqçisi təyin olunan Rəşad Eyyubov deyib.

32 yaşlı mütəxəssis AFFA rəhbərliyindən təklif gəldikdə çox düşünmədən razılıq verdiyini bildirib:

"Çünki yığma hər bir məşqçinin işləmək üçün arzuladığı yerdir. Vaxtilə futbolçu kimi formasını geyindiyim milli komandaya məşqçi kimi qayıtdığım üçün çox xoşbəxtəm. Üstəlik, Fernandu Santuş kimi böyük mütəxəssisin yanında işləyərək məşqçilik təcrübəmi də artıra bilərəm. Santuş illərin təcrübəsidir, ondan çox şey öyrənəcəyimə əminəm".

Qeyd edək ki, R.Eyyubov futbolçu karyerası ərzində “Simurq”, “Xəzər Lənkəran”, “Kəpəz”, “Qəbələ”, “Sumqayıt”, “Neftçi”, “Sabah” və “Zirə” klublarının formasını geyinib. O, 2015-2019-cu illərdə millinin heyətində 7 oyun keçirib. 32 yaşlı mütəxəssis “Sabah” klubunun U-19, əvəzedici və əsas komandasında məşqçi kimi fəaliyyət göstərib.

Onun milli komandada müqaviləsinin müddəti 2028-ci ilə kimi nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi