“Real” İspaniya Kubokunun yarımfinal mərhələsinin cavab oyununda “Real Sosyedad” ilə əlavə vaxtda bərabərə qalaraq (4:4) finala yüksəlib.
"Report"un məlumatına görə, görüş Madriddəki "Santyaqo Bernabeu" stadionunda baş tutub.
16-cı dəqiqədə "Real Sosyedad"ın hücumçusu Ander Barreneçea hesabı açıb. 30-cu dəqiqədə "Real"ın hücumçusu Endrik tarazlığı təmin edib. 72-ci dəqiqədə madridlilərin müdafiəçisi David Alaba avtoqola imza atıb. 80-ci dəqiqədə hücumçu Mikel Oyarsabal baskların üçüncü qolunu vurub.
İkinci hissənin sonunda Madrid klubu hesabı bərabərləşdirə bilib. Yarımmüdafiəçilər Cud Bellinqem (82) və Orelyen Tçuameni (86) fərqlənib. İkinci uzatma dəqiqəsində Oyarsabal dublunu rəsmiləşdirərək komandaları əlavə vaxta göndərib.
Qarşılaşmanın 115-ci dəqiqəsində isə Antonio Rüdiger həlledici qola imza atıb.
Beləliklə, səfərdə keçirilən ilk oyunda rəqibini 1:0 hesabı ilə məğlub etmiş “Real” İspaniya Kubokunun ilk finalçısı olub. Digər finalçı "Atletiko" - "Barselona" matçında müəyyənləşəcək. Komandalar arasında ilk görüş 4:4 hesabı ilə başa çatıb.