“Real”ın dörd oyunçusu dünyanın ən bahalı 10 yarımmüdafiəçisi sırasındadır

“Real”ın dörd oyunçusu dünyanın ən bahalı 10 yarımmüdafiəçisi sırasındadır “Transfermarkt” portalı dünyanın 10 ən bahalı yarımmüdafiəçisinin reytinqini təqdim edib.
Futbol
31 Mart , 2024 06:25
“Real”ın dörd oyunçusu dünyanın ən bahalı 10 yarımmüdafiəçisi sırasındadır

“Transfermarkt” portalı dünyanın 10 ən bahalı yarımmüdafiəçisinin reytinqini təqdim edib.

“Report” xəbər verir ki, siyahıya transfer dəyəri 180 milyon avro qiymətləndirilən Madrid “Real”ının yarımmüdafiəçisi Cud Bellinqem başçılıq edir. İkinci yerdən beşinci yerə “Qarabağ”ı mübarizədən kənarlaşdıran “Bayer 04”ün hücumameyilli yarımmüdafiəçisi Florian Virts, “Bavariya”nın futbolçusu Camal Musiala, “Arsenal”ın xavbeki Deklan Rays, “Mançester Siti”nin mərkəz yarımmüdafiəçi Rodri qərarlaşıb. Bu futbolçular eyni transfer dəyərinə malikdirlər: 110 milyon avro.

Tam siyahı aşağıdakı kimidir:

1. Cud Bellinqem (“Real”, 180 milyon avro);

2. Florian Virts (“Bayer 04”, 110 milyon avro);

3. Camal Musiala (“Bavariya”, 110 milyon avro);

4. Deklan Rays (“Arsenal”, 110 milyon avro);

5. Rodri (“Mançester Siti”, 110 milyon avro);

6. Federiko Valverde (“Real”, 100 milyon avro);

7. Martin Edeqor (“Arsenal”, 95 milyon avro);

8. Qavi (“Barselona”, ​​90 milyon avro);

9. Eduardu Kamavinqa (“Real”, 90 milyon avro);

10. Orelyen Tçuameni (“Real”, 90 milyon avro).

Son xəbərlər

Orphus sistemi