Rayan Giqqzin Bakıya gəlməyəcəyi dəqiqləşdi

Rayan Giqqzin Bakıya gəlməyəcəyi dəqiqləşdi Məhkəmə iclası aprelin 28-də keçiriləcək
Futbol
23 Aprel , 2021 20:36
Rayan Giqqzin Bakıya gəlməyəcəyi dəqiqləşdi
Rayan Giqqzl

Britaniya polisi futbol üzrə Uels millisinin baş məşqçisi Rayan Giqqzlə bağlı ittiham irəli sürüb.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssis məişət zorakılığında günahlandırılır. Veteran futbolçu 2017 - 2020-ci illər arasında hələlik adı açıqlanmayan şəxslərə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Həmin şəxslərdən birinin Giqqzin sevgilisi olduğu güman edilir. Hətta baş məşqçi ötən ilin payızında bu hadisəyə görə saxlınılsa da, sonradan girov müqavilində zaminə buraxılıb.

Məhkəmə iclası aprelin 28-də keçiriləcək.

Vəziyyəti nəzərə alan Uels Futbol Assosiasiyası Rayan Giqqzlə bağlı qərarını açıqlayıb. Mütəxəssisin Avropa çempionatının oyunları zamanı komandanın sükanı arxasında olmayacağı bildirilib. Onu Robert Peyc əvəzləyəcək.

Qeyd edək ki, Uels millisi AVRO-2020-də yer aldığı A qrupunda İsveçrə və Türkiyə ilə oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək.

Son xəbərlər

Orphus sistemi