"Rapid"in baş məşqçisi: "Təhlükəli oyunumuzu Vyanada göstərəcəyik"
Futbol
- 04 avqust, 2022
- 19:55
"Oyunun ilk 15 dəqiqəsində "Neftçi"ni sıxışdırmaq istəyirdik. Ancaq gördük ki, alınmır. Rəqib hər addımda bizim planlarımızı pozurdu".
"Report"un məlumatına görə, bunu Avstriyanın "Rapid" klubunun baş məşqçisi Ferdinand Feldhofer Bakıda "Neftçi"yə 1:2 hesabı ilə uduzduqları UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.
Avstriyalı mütəxəssis "ağ-qaralar"dan Eddi İsrafilovu fərqləndirib: "O, fərdi planda fərqlənən futbolçudur. Biz isə təhlükəli oyunumuzu Vyanada göstərəcəyik".
42 yaşlı baş məşqçinin sözlərinə görə, məğlubiyyət onlara pis təsir etməyib: "1:2 hesabı pis deyil. Şanslar var. Cavab görüşündə qollar vurmaq olar".
Qeyd edək ki, cavab matçı avqustun 11-də Vyanada keçiriləcək.
Son xəbərlər
00:21
Şəmkirdə ölən piyadanın kimliyi məlum olub - YENİLƏNİB
Hadisə00:02
Mehriban Əliyeva Azərbaycan qadınlarını təbrik edib
Daxili siyasət00:00
Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
Daxili siyasət23:49
Video
Qərbi Azərbaycan Xronikası: Ölü çərşənbədə ruhları yad etməmək müəyyən qorxular yaradır
Daxili siyasət23:45
İranın zərbələri nəticəsində Manamada yanğın baş verib
Digər ölkələr23:29
Goranboyda avtomobillər toqquşub, ana və övladı xəsarət alıb
Hadisə23:17
Foto
Antalyada cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku başlayıb
Komanda23:12
Azərbaycan Basketbol Liqasında XVIII turun daha iki oyunu keçirilib
Komanda23:01
Foto