Rafael Fiziyev: "Ölkəmdə çıxış edəcəyim üçün xoşbəxtəm"
Futbol
- 18 iyun, 2025
- 14:05
Azərbaycanın MMA döyüşçüsü Rafael Fiziyev Mütləq Döyüş Çempionatının (UFC) Bakıda keçiriləcək turniri ilə bağlı fikirlərini bölüşüb.
"Report"un məlumatına görə, təcrübəli idmançı bu barədə mətbuat konfransında açıqlama verib.
O, döyüşə hazır olduğunu bildirib:
"Evdə mübarizə aparacağım üçün xoşbəxtəm. Öz ölkəmdə çıxış edəcəyəm. Azarkeşlərin bizə dəstək olması böyük motivasiyadır. Rəqibim şou göstərmək istəyirsə, mən ona yalnız təşəkkür edə bilərəm. Biz güləşməyə və hər şeyə hazırıq".
O, çəkisini dəyişmək barədə düşünmədiyini söyləyib:
"Həkimlər də çəkini salmağı məsləhət görmədilər".
Qeyd edək ki, “UFC Fight Night” iyunun 21-də Bakı Kristal Zalında baş tutacaq. Rafael Fiziyev Çilidən olan İqnasio Bahamondeslə üz-üzə gələcək.
Son xəbərlər
09:17
İlin mediası – "Tech Xəbər" seçildi
İKT09:15
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
İnfrastruktur09:13
Sabunçuda avtoqəza olub, ölən var
Hadisə09:08
Masazırın bəzi ərazilərində işıq olmayacaq
Energetika09:07
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (19.12.2025)
Maliyyə09:02
Azərbaycan Premyer Liqasında 2025-ci ilin sonuncu turuna start verilir
Futbol08:54
Foto
Heydər Əliyev Mərkəzində "And və Qafqaz dağları arasında təxəyyül dünyası" sərgisinin açılışı olub
Mədəniyyət siyasəti08:50
Banqladeşdə etirazlarda yandırılan ofislərdən 25 jurnalist xilas edilib
Digər ölkələr08:49