Qurban Qurbanov: "Bu gün sübut etdik ki, Bakıda qalib gəlməli idik"

Qurban Qurbanov: "Bu gün sübut etdik ki, Bakıda qalib gəlməli idik" Poltava. 9 noyabr. REPORT.AZ/ Futbolçularımı təbrik edirəm. Çox vacib qələbə qazandılar. Oyundan da razı qaldım. 90 dəqiqə mübarizədən geri çəkilmədilər, meydanın hər yerində ən yaxşısını etməyə çalışdılar. Hər birinə minnətdaram. Vorskla”ya uğurlar arzulayıram”.
Futbol
9 Noyabr , 2018 02:47
Qurban Qurbanov: Bu gün sübut etdik ki, Bakıda qalib gəlməli idik

Poltava. 9 noyabr. REPORT.AZ/ "Futbolçularımı təbrik edirəm. Çox vacib qələbə qazandılar. Oyundan da razı qaldım. 90 dəqiqə mübarizədən geri çəkilmədilər, meydanın hər yerində ən yaxşısını etməyə çalışdılar. Hər birinə minnətdaram. "Vorskla”ya uğurlar arzulayıram”.

"Report"un görüşə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin IV turunda səfərdə Ukrayna "Vorskla"sını 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra mətbuat konfransında deyib.

46 yaşlı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb.

Oyunboyu həyəcanlı görünürdünüz. İlk hissədə isə hakimdən nəsə soruşurdunuz...

- İngiliscə o qədər də yaxşı bilmirəm. Donaldın epizodunda başa salmaq istədim ki, cərimə vermək olar, amma vərəqə göstərməyə bilərdi.

Demək olar ki, bu hesab Bakıdakı nəticənin oyuna görə olmadığını göstərdi?

- Bu gün konsentrasiya daha yaxşı idi, nəinki Bakıda. Orada da qalib gəlməli idik. Bu gün də bunu sübut etdik. Bakıda da meydana qələbə üçün çıxmışdıq, alınmadı. Burada isə istəyimizə nail olduq.

Hələ oyundan əvvəl komanda rahat idi, stressi üzərindən atmışdı. Sanki qələbəyə daha çox köklənmişdiniz...

- Bu gün qələbəyə inamım var idi. Həmişə rəqibi canlı gördükdən sonra digər matça daha rahat hazırlaşa bilirsən. Bu amilin də rolu oldu. Həm Bakıda, həm də burada qalibiyyət arzulayırdıq. Sadəcə, səfər matçında alındı.

Bakıdakı oyunla müqayisədə start heyətində 4 dəyişiklik var idi. Bu, sırf ilk oyunun nəticəsinə görə edilmiş dəyişikliklər idi?

- Bəlkə haradasa rol oynadı. Amma hər matçda hansısa dəyişikliyi edirik. Bu gün belə dəyişikliklərə məcbur idim. Həm də daha hazırlıqlı oyunçuları meydana buraxmaq istədim. Bədavi və Mahir son vaxtlar çox yükləniblər. Bəzi daha təcrübəli oyunçulara da ehtiyac var idi. Gələn oyunda da dəyişikliklər ola bilər. Bakıdakı qarşılaşmanı məşqçilər daha düzgün analiz etdi və belə dəyişikliklərə əl atdıq. Xırda nüansların hamısı müəyyən rol oynadı.

Üçüncü əvəzləməyə əl atmadınız...

- Bəli, əvəzləmə etmədim. Buna ehtiyac görmədim. Əvvəl müdafiəçi buraxmağı düşünürdüm, amma oyun göstərdi ki, komanda üzvləri bir-birini tamamlayır. Bu üzdən ehtiyac duymadım.

Halldorssonun oyunundan razı qaldınızmı?

- Ondan razı qaldım. Komandaya kömək edirsə, razı qalmalıyam. Digər futbolçuların da hər birindən razıyam.

Bu qələbədən sonra qrupdan çıxmaq şanslarınızı necə dəyərləndirirsiniz?

- Düşünürəm ki, çətinləşdi. Çünki “Sportinq” səfərdə “Arsenal”la heç-heçə edib. Həm bizim, həm də “Vorskla”nın işi çətinləşdi. Yenə də ümid etməliyik. Biz sona qədər mübarizə aparacağıq.

Hansı 3 vacib komponentdə rəqibi üstələdiniz ki, bunu Bakıda edə bilmədiniz?

- Futbol kollektiv oyundur. Məncə, komponentləri deməyim düzgün çıxmaz. Futbolçularım tapşırıqları düzgün yerinə yetirdilər və idman xarakteri nümayiş etdirdilər.

Hər iki oyuna baxsaq, demək olarmı ki, komandalar eyni səviyyədə oyun göstərdi?

- Komandaların fərqli oyun üslubu var. Eyni səviyyə deməzdim. Amma hər iki komanda yaxşı nəticə əldə etmək üçün oyun göstərir. Hər komandanın öz oyunu var. Bir-birimizdən zəif və güclü saymazdım.

Son xəbərlər

Orphus sistemi