​Qriqorçuk: "Yalnız "Qarabağ"a deyil, çempionatdakı digər komandalara qarşı da oynamaq çətindir"

​Qriqorçuk: "Yalnız "Qarabağ"a deyil, çempionatdakı digər komandalara qarşı da oynamaq çətindir" "Uzun müddətli qələbənin olmamasını ayrı-ayrılıqda araşdırmaq lazımdır"
Futbol
9 Noyabr , 2015 19:20
​Qriqorçuk: Yalnız Qarabağa deyil, çempionatdakı digər komandalara qarşı da oynamaq çətindir
“Qəbələ” futbol komandasının baş məşqçisi Roman Qriqorçuk / Report

Bakı. 9 noyabr. REPORT.AZ/ "Uzun müddətli qələbənin olmamasını ayrı-ayrılıqda araşdırmaq lazımdır. Əvvəlki oyunda üstünlük bizim tərəfdə olsa da, qalib gələ bilmədik. Buna da belə izah vermişdik ki, sonluğu qoya bilmirik. Bugünkü oyuna gəldikdə isə, deməzdim ki, bu oyunda yüz faiz biz qələbə qazanmalı idik".

"Report"un məlumatına görə, bunu Azərbaycan Premyer Liqasının XII turunda "İnter"lə keçirilmiş oyundan sonra "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk deyib.

1:1 hesablı görüş haqda əcnəbi mütəxəssis bunları deyib:

"Ola bilsin bizdə aqressivlik, nəfəs çatmır. Rəqib yaxşı qurulmuş komandadır və çox gözəl oyun oynadı. Mən bilsəm ki, sabah harasa gedəcəyəm, bu gün burada olduğum müddətdə bütün ürəyimi bu işə qoyaram".

Daha sonra R. Qriqorçuk jurnalistlərin suallarını cavablandırıb.

"Borussiya" ilə oyundan sonra komandada yorğunluq vardı. Üstəlik psixoloji problem də demək olar. Olmazdı ki, "İnter"lə oyunda yorğun olmayan futbolçulara üstünlük verəsiniz?

- Bütün oyunlarda heyəti müəyyən edərkən hər futbolçu ilə ayrılıqda danışırıq, həkimdən məlumat alırıq. Bugünkü heyətdən də heç də narazı və peşman deyiləm.

"Zirə", AZAL və "Kəpəz"lə oyundan sonra demişdiniz ki, qol vəziyyəti yaradırıq, amma istifadə edə blmirik və səhvlər üzərində iş gedəcək. Ancaq ortada heç nə yoxdur. Üstəlik oyunçulara nə olub ki, bu cür təcrübəli futbolçular oynamır. Meydançada sizin futbolçular aqressiya göstərmirdi. Belə çıxır ki, həmin səhvlər üzərində işlənilməyib...

- Mən demişəm ki, bu səbəblərdən biri ola bilər. Bugünkü oyunda reaksiyalar vardı. Deyə bilərəm ki, istək çatmadı.

"Qarabağ"la 7 xal fərq yarandı..

- Bəli, xal fərqi çoxdur və bizim üçün çətindir. Amma bu vəziyyəti düzəltmək olacaq. Anlayırıq ki, yalnız "Qarabağ"a deyil, çempionatdakı digər komandalara qarşı da oynamaq çətindir. "Qarabağ"a da uğurlar arzulayırıq və bu komandaya yüksək hörmətlə yanaşıram.

Növbəti oyunlarda əvəzedici heyətdən futbolçuların əsas komandaya cəlb olunması mümkündür?

- Bu sistem bizdə var. Əvəzedici komandanın oyunları ilə həmişə maraqlanmışıq. Onların məşqçisi ilə məsləhətləşirik və tövsiyə etdiyi oyunçunu əsas komandaya göndərir və baxırıq. Gələn il də heyətdə 1996-cı il təvəllüdlü futbolçular olacaq. Bu baxımdan bununla da maraqlanırıq.

Vaqif Cavadovla Vüqar Nadirov baş məşqçinin sisteminə uyğun gəlmir və oynamırlar. Demək olar ki, hər iki futbolçu komandadan gedəcək?

- Heç kəs demir ki, onlar sistemə uyğun gəlmir. Sadəcə bu gün üçün hazırdırlarsa, onlar çıxış edə bilərlər.

Son xəbərlər

Orphus sistemi