"Qəbələ"nin müdafiəçisi Premyer Liqada ən çox avtoqola imza atan oyunçu adına şərik çıxıb

"Qəbələ"nin müdafiəçisi Premyer Liqada ən çox avtoqola imza atan oyunçu adına şərik çıxıb Qırtimov turnirin 31 illik tarixində 3 avtoqol edən 9-cu futbolçudur
Futbol
16 Dekabr , 2023 17:16
Qəbələnin müdafiəçisi Premyer Liqada ən çox avtoqola imza atan oyunçu adına şərik çıxıb

“Qəbələ”nin futbolçusu İlkin Qırtımov Azərbaycan çempionatlarında üçüncü dəfə avtoqol müəllifi olub.

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 33 yaşlı müdafiəçi Azərbaycan çempionatları tarixində öz qapısına ən çox qol vuran futbolçu adına şərik çıxıb.

O, Premyer Liqanın XVII turunda uğursuzluq yaşayıb. Qırtımov “Səbail”lə səfər görüşündə (0:3) öz qapısına qol vurub.

Müdafiəçi 2018/2019 mövsümündə “Zirə”nin heyətində “Qarabağ”la ev, ötən çempionatda “Qəbələ” forması ilə “Sabah”la səfər matçında da avtoqol müəllifi olub.

Qırtimov turnirin 31 illik tarixində 3 avtoqol edən 9-cu futbolçudur. Onadək Adil Nağıyev, Ayxan Abbasov, Bədavi Hüseynov, Denis Silva, Jairo Rodriges, Natiq Qasımov, Ruslan Abışov və Saşa Yunisoğlu da üç dəfə öz qapısına üç qol vurublar.

Son xəbərlər

Orphus sistemi