“Qəbələ” klubu 2023-2024 mövsümünün hazırlığını davam etdirmək üçün Türkiyəyə yollanır.
"Report" əyalət təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” toplanışın ikinci mərhələsini qardaş ölkədə gerçəkləşdirəcək.
Komanda Boluda məskunlaşacaq və burada üç yoxlama görüşü təşkil olunacaq. Qarşılaşmalar ayın 12-də, 15-də və 19-da baş tutacaq.
İlk iki qarşılaşmada Azərbaycan təmsilçisi Moldovanın "Sukleya" və Rusiyanın "Orenburq" klubları ilə üz-üzə gələcək.
Sonuncu rəqib yaxın günlərdə dəqiqləşəcək. “Qəbələ” iyulun 20-də vətənə qayıdacaq və UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin “Omoniya” (Kipr) ilə görüşlərinin hazırlığını ölkədə yekunlaşdıracaq.
Qeyd edək ki, “qırmızı-qaralar” iyunun 24-də Qəbələdə bir araya gələrək hazırlığın ilk mərhələsini doğma stadionda gerçəkləşdirib.