Bakı. 23 iyul. REPORT.AZ/ Futbol üzrə UEFA Avropa Liqası yarışlarının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Qəbələ” komandası evdə Serbiyanın “Çukariçki” kollektivini qəbul edib.
"Qəbələ" 0:1 hesabı ilə uduzduğundan, cavab qarşılaşmasında ən azı 2 top fərqi ilə qalib gəlməli idi. Azərbaycan təmsilçisi elə də asan başa gəlməyən bu hədəfə nail oldu. Komandamızın heyətində 53-cu dəqiqədə Sergey Zenev dubla imza atdı.
Üçüncü təsnifat mərhələsində “Qəbələ” “Apollon” (Kipr) – “Trakai” (Litva) cütünün güclüsü ilə qarşılaşacaq.
*** 22.41
Bakı. 23 iyul. REPORT.AZ/ Futbol üzrə UEFA Avropa Liqası yarışlarının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Qəbələ” komandası evdə Serbiyanın “Çukariçki” kollektivini qəbul edir.
“Qəbələ” komandası oyunda ikinci qolu vurdu. Komandamızın heyətində 53-cu dəqiqədə Sergey Zenev dubla imza atdı.
*** 22.01
Bakı. 23 iyul. REPORT.AZ/ İyulun 23-də futbol üzrə UEFA Avropa Liqası yarışlarının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Qəbələ” komandası evdə Serbiyanın “Çukariçki” kollektivini qəbul edir.
Bakıda “Bakcell Arena”da keçirilən oyunda “Qəbələ”nin start heyətində Dmitri Bezotosnıy, Rafael Santos, Urfan Abbasov, Rikardiniyu, Rəşad Sadiqov, Cavid Hüseynov, Aleksey Qay, Sergey Zenev, Aleksey Antonov, Vojislav Stankoviç və Samir Zərgərov yer alıblar.
“Çukariçki”nin ilk on birliyində isə Nemanya Stevanoviç, Lukas Plasentin, Filip Stoykoviç, Boyan Ostoiç, Rayko Brejançiç, Draqolyub Srniç, Branislav Yankoviç, Petar Boiç, Nikola Stoilkoviç, Andriya Pavloviç və Slavolyub Srniç meydana çıxıblar.
Oyunu çexiyalı baş hakim Radek Prjixoda idarə edir. Ona həmyerliləri İvo Nadvornik, Yakub Qrabovski və Pavel Orel kömək edirlər. Görüşün UEFA nümayəndəsi isveçli Per Svard, hakim-inspektoru isə isveçrə təmsilçisi Andreas Şluxterdir.
“Qəbələ” komandası 39-cu dəqiqədə 1:0 hesabı ilə önə çıxdı. Azərbaycan təmsilçisinin heyətində Sergey Zenev fərqləndi.
Komandalar arasında Belqradda təşkil olunan ilk oyunda “Qəbələ” komandası 0:1 hesabı ilə məğlub olmuşdu.
İki oyunun nəticəsinə görə qalib çıxan komanda üçüncü təsnifat mərhələsində “Apollon” (Kipr) – “Trakai” (Litva) cütünün güclüsü ilə qarşılaşacaq.