Qaret Sautqeyt: Bellinqem və Keyn kimi futbolçuları məhz belə anlar üçün meydanda saxlayırsan

Qaret Sautqeyt: Bellinqem və Keyn kimi futbolçuları məhz belə anlar üçün meydanda saxlayırsan Oyunun bitməsinə 15 dəqiqə qalmış Cud Bellinqemin ayaq üstə qalmağı bacarıb-bacarmayacağını düşünürsən. O və Harri Keyn kimi futbolçuları məhz belə anları yaratdığı üçün meydanda saxlayırsan.
Futbol
1 İyul , 2024 00:31
Qaret Sautqeyt: Bellinqem və Keyn kimi futbolçuları məhz belə anlar üçün meydanda saxlayırsan

Oyunun bitməsinə 15 dəqiqə qalmış Cud Bellinqemin ayaq üstə qalmağı bacarıb-bacarmayacağını düşünürsən. O və Harri Keyn kimi futbolçuları məhz belə anlar üçün meydanda saxlayırsan.

"Report" UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu sözləri İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt Almaniyada təşkil olunan Avropa çempionatının 1/8 final mərhələsi çərçivəsində Slovakiyaya qarşı keçirdikləri matçdan sonra mətbuat konfransında deyib.

Mütəxəssis oyun boyu təzyiq etdiklərini söyləyib: "Oyunun "ölməməsi" ilə bağlı məndə bir hiss yarandı. Bilirəm ki, bu gülünc səslənir. Biz təzyiq edirdik və araşdırırdıq. Nəhayət, qol vura bildik".

Qeyd edək ki, İngiltərə millisi Slovakiyanı 2:1 hesabı ilə məğlub edərək 1/4 bir finala vəsiqə qazanıb.

Son xəbərlər

Orphus sistemi