"Qarabağ" və "Neftçi"nin istəmədiyi hücumçu Portuqaliyanın digər klubunda

"Qarabağ" və "Neftçi"nin istəmədiyi hücumçu Portuqaliyanın digər klubunda "Qarabağ" və "Neftçi"yə transferi baş tutmayan Portuqaliyanın "Vitoriya" (Gimaraynş) klubunun futbolçusu Abdul-Aziz Yakubu özünə yeni komanda tapıb.
Futbol
13 İyul , 2021 15:54
Qarabağ və Neftçinin istəmədiyi hücumçu Portuqaliyanın digər klubunda

"Qarabağ" və "Neftçi"yə transferi baş tutmayan Portuqaliyanın "Vitoriya" (Gimaraynş) klubunun futbolçusu Abdul-Aziz Yakubu özünə yeni komanda tapıb.

"Report" "guimaraesdigital.com" saytına istinadən xəbər verir ki, "Riu Ave" klubu qanalı hücumçunun xidmətində maraqlıdır. 23 yaşlı forvardın tezliklə sözügedən kollektivlə müqavilə imzalayacağı bildirilib.

Daha əvvəl "Qarabağ"ın Avstriyadakı toplanışına yollanan Yakubu Ağdam təmsilçisi ilə 4 illik müqavilə şərtlərində razılığa gəlmişdi. Portuqaliya mətbuatının yazdığına görə, "köhlən atlar" bu keçid üçün "Vitoriya"ya təqribən 1 milyon avro təzminat ödəməli idi. Lakin "Qarabağ" tibbi müayinə zamanı dizində zədə aşkarlanan hücumçunu heyətinə qatmaqdan imtina edib. Bu hadisədən sonra "Neftçi" də afrikalı forvardı transfer siyahısından çıxarıb.

Qeyd edək ki, Abdul-Aziz Yakubu son mövsümü icarə əsasında Portuqaliyanın II liqasında çıxış edən "Eştoril"də keçirib. O, 34 oyunda 15 qol vuraraq komandanın əsas çempionata vəsiqə qazanmasına yardımçı olub. "Neftçi" daha əvvəl "Eştoril"dən Harramiz Suareşi transfer edib.

Son xəbərlər

Orphus sistemi