"Qarabağ" "Neftçi"nin rekordunu təkrarlayıb
Futbol
- 17 dekabr, 2019
- 09:32
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
“Qarabağ” klubu Azərbaycan Kubokunda 90-cı qələbəsini qazanıb.
"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu yubiley 2019/2020 mövsümünün 1/4 final mərhələsinin ilk oyununa təsadüf edib.
Qurban Qurbanovun baş məşqçi olduğu komanda ev matçında “Keşlə”ni 1:0 hesabı ilə yenib. 1993-cü ildən kubokda mübarizə aparan Ağdam klubu 90-cı qələbəni 143-cü görüşündə əldə edib. Bu qələbələrdən 55-i evdə, 29-u səfərdə, 6-sı neytral meydanda qazanılıb.
“Qarabağ” Azərbaycan kubokunda ən çox qələbə qazanan komanda adına şərik olub. Əyalət klubuna qədər “Neftçi” hamıdan çox - 90 dəfə kubok matçında qalib gəlib. Lakin bakılılar daha çox – 158 oyunda buna nail olublar.
Son xəbərlər
01:07
Foto
Video
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
Digər ölkələr
00:58
Azərbaycan və Surinam ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Xarici siyasət
00:17
Rəsmi Tehran: ABŞ ilə mümkün yeni müharibə əvvəlkindən daha uzun çəkə bilər
Region
23:53
Tədqiqat: Pəhriz və fiziki məşqlər gənclərdə 2-ci tip diabetin remissiyasına kömək edib
Sağlamlıq
23:36
Spiegel: Almaniya Müdafiə Nazirliyi yeni helikopterlərlə bağlı problemlə üzləşib
Digər ölkələr
23:18
Makqreqor karyerasını başa vurur
Fərdi
23:02
Ermənipərəst senator Kris Mörfi insult keçirərək xəstəxanaya yerləşdirilib
Digər ölkələr
22:52
"Arsenal" səfərdə "Liverpul"a qalib gələrək Premyer Liqanın liderliyinə yüksəlib
Futbol
22:40
Bolqarıstanda prezident seçkilərinin ikinci turunda səsvermə başa çatıb - Yenilənib
Digər ölkələr