"AMAL Group"un xalis mənfəəti 39 %-dən çox azalıb
- 26 noyabr, 2026
- 14:22
Yeniliklərdən dərhal xəbərdar olun!
"AMAL Group" MMC 2025-ci ili 2,371 milyon manat xalis mənfəətlə başa vurub.
"Report" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 39,3 % azdır.
Ötən il "AMAL Group"un vergiyəqədərki mənfəəti 2,962 milyon manat (əvvəlki ilə nisbətən 24,2 % az), mənəət vergisi ödəmələri isə 591 min manat (39,5 % az) təşkil edib.
Bu il yanvarın 1-nə "AMAL Group"un aktivləri 38,376 milyon manat olub ki, bu da illik müqayisədə 60,4 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 55,1 % artaraq 33,974 milyon manata, balans kapitalı isə 2,2 dəfə artaraq 4,402 milyon manata çatıb.
Xatırladaq ki, "AMAL Group" 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 100 manatdır. Şirkətin təsisçisi 100 % Eldar Əliyevdir.