Azərbaycanın Çindən avtobus idxalına çəkdiyi xərc 40 %-ə yaxın artıb

Biznes
  • 26 noyabr, 2026
  • 14:12
Azərbaycanın Çindən avtobus idxalına çəkdiyi xərc 40 %-ə yaxın artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 84,2 milyon ABŞ dolları dəyərində 527 ədəd avtobus idxal edib.

"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 22 % çox, kəmiyyət olaraq – 19 % azdır.

Hesabat dövründə Azərbaycan Çindən 82,4 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 39 % çox) 500 ədəd (-2 %), Türkiyədən 945 min ABŞ dolları dəyərində (-66 %) 12 ədəd (-52 %) Almaniyadan 415 min ABŞ dolları dəyərində (-88 %) 5 ədəd (-64 %) İtaliyadan 301 min ABŞ dolları dəyərində (-52 %) 5 ədəd (-17 %) və Rusiyadan 76 min ABŞ dolları dəyərində (-75 %) 5 ədəd (-44 %) avtobus alıb.

2025-ci ildə Azərbaycana idxal edilmiş 877 ədəd avtobusun 82 %-i Çinin payına düşüb.

44 filmi