"Qarabağ"ın sabiq futbolçusu: "Bayer 04" kağız üzərində favoritdir

"Qarabağ"ın sabiq futbolçusu: "Bayer 04" kağız üzərində favoritdir Görüşün favoriti aşkar olaraq "Bayer"dir. Ancaq bu favoritlik kağız üzərindədir.
Futbol
7 Mart , 2024 09:56
Qarabağın sabiq futbolçusu: Bayer 04 kağız üzərində favoritdir

Görüşün aşkar favoriti "Bayer 04"dür. Ancaq bu, kağız üzərindədir.

Bu sözləri "Report"a açıqlamasında "Qarabağ"ın sabiq futbolçusu Rahid Əmirquliyev deyib.

34 yaşlı futbolçu UEFA Avropa Liqasının 1/8 final mərhələsində keçiriləcək "Qarabağ" - "Bayer 04" matçında Ağdam təmsilçisinin şansını dəyərləndirib: "Hamı səbirsizliklə bu matçı gözləyir. Almaniya klubu zəif rəqib deyil, 35 oyundur uduzmur, Bundesliqada liderdir. "Qarabağ" - "Braqa" matçında Portuqaliya klubunu favorit adlandırsalar da, Ağdam təmsilçisi layiqli şəkildə mərhələ adladı. Amma "Bayer 04" ilə oyunda qələbə çətinliklə başa gələcək. İnanıram ki, "Qarabağ" ev oyununda yaxşı nəticə əldə edəcək".

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Bayer 04” oyunu saat 21:45-də başlayacaq. Komandalar arasında cavab matçı martın 14-də Leverkuzendə olacaq.

Son xəbərlər

Orphus sistemi