“Nyukasl”ın heyətində dördüncü qapıçı olmaqdansa, “Qarabağ”da oynamaq daha yaxşıdır.
"Report" xəbər verir ki, bunu Rusiyanın "Sport 24" saytına açıqlamasında "Qarabağ"ın qapıçısı Andrey Lunyov deyib.
Rusiyalı qolkiper vaxtilə İngiltərənin "Nyukasl" klubuna keçməməsinin səbəbini açıqlayıb: “Azərbaycanda və avrokuboklarda oynayırsansa, təbii ki, “Qarabağ”da əsas qapıçı kimi çıxış etmək daha yaxşıdır. Demək olar ki, 33 yaşım var, buna görə də hələ də futbol oynamaq istəyirəm. Bəlkə 36 yaşında İngiltərədə çıxış etmək olar. Onda ehtiyat oyunçular arasında oturub matça baxa bilərsən”.
Futbolçu daha əvvəl Almaniyanın "Bayer 04" klubunda çıxış edərkən İngiltərə klubunun onunla maraqlandığını bildirmişdi.
Qeyd edək ki, Andrey Lunyov "Qarabağ"ın heyətində Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün qalibi olub. 32 yaşlı qolkiper cari mövsümdə keçirdiyi 26 oyunda 35 qol buraxıb və 8 matçda qapısını toxunulmaz saxlayıb.