"Qarabağ"ın keçmiş hücumçusunun qol vurduğu oyunda "Mançester Yunayted"ə məxsus antirekord yenilənib - VİDEO

Futbol
  • 19 noyabr, 2017
  • 20:31
Qarabağın keçmiş hücumçusunun qol vurduğu oyunda Mançester Yunaytedə məxsus antirekord yenilənib - VİDEO

Bakı. 20 noyabr. REPORT.AZ/ "Qarabağ"ın keçmiş futbolçusu Samuel Armenterosun çıxış etdiyi İtaliyanın "Benevento" komandası top-çempionatlar arasında mövsümün startındakı məğlubiyyət sayında antirekord müəyyənləşdirib.

"Report"un məlumatına görə, A Seriyasının autsayderi XIII turda "Sassuolo"ya 1:2 hesabı ilə uduzub. "Benevento"nun yeganə qolunu 65-ci dəqiqədə məhz isveçli forvard Armenteros vurub.

Bu, mövsümdə 13-cü məğlubiyyət kimi qeydə alınıb. Əvvəlki antirekord İngiltərə "Mançester Yunayted"inə məxsus olub. "Qırmızı şeytanlar" 1930/1931 mövsümündə Premyer Liqanın ilk 12 turunu məğlub başa vurub.

Qeyd edək ki, "Benevento" tarixində ilk dəfə A Seriyasında çıxış edir. Növbəti iki turda bu komandanı "Atalanta" ilə səfər, "Milan"la isə ev oyunları gözləyir. Samuel Armenteros bu yay transfer olunduğu komandada cəmi bir qol vurub. O, "Qarabağ"da 2015-2016 mövsümündə çıxış edib və 23 oyuna 7 qol vurub.

"Qarabağ"ın keçmiş hücumçusunun qol vurduğu oyunda "Mançester Yunayted"ə məxsus antirekord yenilənib - VİDEO

Son xəbərlər

Bütün Xəbər Lenti