"Qarabağ"ın futbolçusu Rusiyada çempionluq uğrunda oynaya biləcəklərini düşünür

"Qarabağ"ın futbolçusu Rusiyada çempionluq uğrunda oynaya biləcəklərini düşünür "Başqa təkliflər də olurdu"
Futbol
1 Aprel , 2024 13:40
Qarabağın futbolçusu Rusiyada çempionluq uğrunda oynaya biləcəklərini düşünür
Maksim Medvedev

"Qarabağ"ın futbolçusu Maksim Medvedev Rusiya Premyer Liqasında çempionluq uğrunda mübarizə apara biləcəklərini söyləyib.

"Report"un məlumatına görə, 34 yaşlı müdafiəçi bu barədə "Metaratings" nəşrinə müsahibəsində danışıb.

O, hazırda Rusiya təmsilçilərinin yalnız öz aralarında oynadığını xatırladıb: "Avrokuboklara getmədikcə, səviyyə daha da düşəcək. Nəticələrimizə baxsanız, məncə, çoxları "Qarabağ"ın çempionluq uğrunda mübarizə apara biləcəyi ilə razılaşar".

Medvedev daha əvvəl Rusiya klublarından təklif gəlməsi barədə danışıb: "Nümayəndəm bu barədə daha çox bilir. Dedi ki, bu çempionatda asanlıqla oynaya bilərəm. Amma "Qarabağ" həmişə mənim üçün prioritet olub. Başqa təkliflər də olurdu. Lakin hər zaman son dəqiqəyə qədər gözləmişəm ki, görüm klubla bağlı vəziyyət necə inkişaf edəcək. Bu komanda ilə hər şey qaydasında getdi. Ona görə başqaları ilə danışıq aparmağa belə cəhd etmədim. Hər şeydən razıyam, ailəm buradadır, hamını tanıyıram və özümü rahat hiss edirəm. Bu səbəbdən qeyri-müəyyən bir şey üçün dəyişiklik barədə düşünmədim. Bu, yaxşı və ya pis ola bilər. Ona görə də sabitliyi və təhlükəsizliyi seçdim".

Qeyd edək ki, “Qarabağ”ın yetirməsi olan Maksim Medvedev 2006-cı ildən əsas komandada çıxış edir.

Son xəbərlər

Orphus sistemi