"Qarabağ"ın futbolçusu ehtiyatda qalıb, Monteneqro yığması uduzub
Futbol
- 07 iyun, 2022
- 18:10
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
UEFA Millətlər Liqasında II turun son oyun gününə start verilib.
"Report"un məlumatına görə, günün ilk matçında Finlandiya və Monteneqro yığmaları üz-üzə gəlib. B Liqasında 3-cü qrupun qarşılaşması meydan sahiblərinin inamlı qələbəsi ilə yekunlaşıb - 2:0. Skandinaviyalılardan Yoel Pohyanpolo 31-ci və 38-ci dəqiqələrdə fərqlənərək, "dubl" müəllifi olub.
Monteneqro millisinə "Qarabağ"dan dəvət almış cinah oyunçusu Marko Veşoviç bu dəfə sonadək ehtiyatda qalıb.
Beləliklə, xalını 4-ə çatdıran Finlandiya millisi liderliyi ələ keçirib. Monteneqro 3 xalla 2-cidir. Turun digər matçında 1 xala malik Bosniya və Herseqovina xalsız Rumıniyanı qəbul edəcək.
Son xəbərlər
07:36
"Anthropic" ticarətin pik həddində bazar dəyərinə görə "SpaceX"i geridə qoyub
Maliyyə
07:09
"Axios": ABŞ-nin yeni milli kibertəhlükəsizlik direktoru təyin edilib
Digər ölkələr
06:34
Qızılın qiyməti 3 550 dollardan aşağı düşüb - Yenilənib-2
Maliyyə
06:14
Yeni Kaledoniya sahillərində zəlzələ olub
Digər ölkələr
05:57
"Nikkei"in indeksi 4,5 %-dən çox ucuzlaşıb
Maliyyə
05:09
Foto
Prezident İlham Əliyevin Vyetnama səfəri ilə əlaqədar Hanoyun küçələri Azərbaycan bayraqları ilə bəzədilib
Xarici siyasət
04:38
PSJ bir sıra futbolçularla müqavilələri uzatmağı planlaşdırır
Futbol
04:24
Uitkoff Berlində Avropa liderləri ilə görüşü məhsuldar adlandırıb
Digər ölkələr
03:45
Genuya hava limanı PUA-lara görə işini dayandırıb
Digər ölkələr