“Qarabağ”ın futbolçusu Azərbaycan çempionatlarında 250-ci oyununu keçirib
Futbol
- 06 fevral, 2024
- 06:41
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
“Qarabağ”ın futbolçusu Bədavi Hüseynov Azərbaycan çempionatlarında 250-ci oyununu keçirib.
“Report” Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, onun yubiley matçı Premyer Liqanın XXI turunda baş tutub.
“Səbail”lə səfər qarşılaşmasında meydana çıxan 33 yaşlı müdafiəçi indiyə qədər 4 qola imza atıb. Azərbaycan millisinin üzvü Premyer Liqada iki klubun formasını geyinib. “Sumqayıt”da 26 matça çıxan futbolçu “Qarabağ”da 224-cü oyununu keçirib. O, bütün qollarını Ağdam klubunun heyətində vurub.
Qeyd edək ki, Bədavi Hüseynov Azərbaycan çempionatında 2011/2012 mövsümündə debüt edib. O, 2011-ci il sentyabrın 11-də “Qarabağ”la görüşdə (0:0) ilk dəfə “Sumqayıt”ın heyətində meydana çıxıb.
Son xəbərlər
22:13
"Gəncə"nin baş məşqçisi Murad Dikmen: "Qələbələrin davamını gətirməliyik"
Komanda
21:59
Azərbaycan, Ermənistan və Gürcüstanın Romadakı səfirləri Cənubi Qafqazda sülh prosesini müzakirə ediblər
Xarici siyasət
21:48
Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib
Xarici siyasət
21:39
ABŞ-də dizel yanacağı bir ayda 1,6 % ucuzlaşıb
Digər ölkələr
21:35
Foto
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət
21:31
Mədəniyyət Nazirliyi: Zaur Rzayev musiqisevərlərin dərin rəğbətini qazanıb
Mədəniyyət siyasəti
21:31
"Google"un ana şirkəti bir sutka ərzində rekord həcmdə — 477 milyard dollar itirib
İKT
21:26
İrəvan yaxınlığında qazdoldurma məntəqəsində partlayış baş verib
Region
21:20
Trampla Ərdoğan arasında telefon danışığı olub
Region