"Qarabağ"ın baş direktoru: "Bu, "Molde"nin öz problemidir"

"Qarabağ"ın baş direktoru: "Bu, "Molde"nin öz problemidir" "Püşklə bağlı indidən nə isə deməyim düzgün olmaz. Bununla bağlı texniki heyət lazımı analizləri edəcək".
Futbol
31 Avqust , 2020 15:54
Qarabağın baş direktoru: Bu, Moldenin öz problemidir
Əmrah Çelikəl

"Püşklə bağlı indidən nə isə deməyim düzgün olmaz. Bununla bağlı texniki heyət lazımi analizləri edəcək".

Bu fikirləri "Report"a açıqlamasında "Qarabağ"ın baş direktoru Əmrah Çelikəl püşkün nəticəsinə əsasən UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Norveç "Molde"sinə rəqib olmaları barədə danışarkən deyib.

Klub rəsmisi bildirib ki, turnirdə zəif rəqib yoxdur: "Bura Çempionlar Liqasıdır. Hamısı çətin klublardır, oynamaq lazımdır. Başda Qurban Qurbanov olmaqla məşqçilər heyəti bütün analizləri aparıb komandanı hazırlayacaq".

Norveç mətbuatının iddiasına görə, ölkədəki mövcud qaydalar "Molde"yə istisna tətbiqinə icazə vermədiyi üçün görüş neytral meydanda keçirilə bilər. Buna da münasibət bildirən Ə.Çelikəl rəqibi qəbul etməklə bağlı hər hansı problem olmadığını söyləyib: "UEFA-nın qərarı olsa, bununla razılşacağıq. Amma belə bir məsələ var ki, bizim onları qəbul etməyimizlə bağlı hər hansı problem yoxdur. Hər iki tərəfin ev oyununu keçirməklə bağlı problemi olarsa, görüş neytral meydanda oynanıla bilər. UEFA-nın bununla bağlı iclası da olmuşdu. Klubumuz və AFFA rəqibə hər cür şərait yaradır, zəmanət verir. Yəni ölkəmizə gəlməklə bağlı hər hansı problem yoxdur. Lakin "Molde" ölkədaxili qaydalara görə gələ bilmirsə, məncə, bu, onların öz problemidir. Nəticəsi də onlara aiddir. Yenə də UEFA-nın qərarı əsas olacaq".

Qeyd edək ki, "Qarabağ" - "Molde" oyunu sentyabrın 15-də və ya 16-da keçiriləcək.

Son xəbərlər

Orphus sistemi