"Qarabağ" komandası UEFA Avropa Liqasında növbəti oyununu keçirib.
"Report"un məlumatına görə, Azərbaycan təmsilçisi Lüksemburqda "Düdelanj"ın qonağı olub. Görüş Ağdam klubunun böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:1.
Hesabı 11-ci dəqiqədə Abdullah Zubir açıb. 30-cü dəqiqədə Miçel fərqi artırıb. Bundan sonra görüşün keçirildiyi "Jozi Bartel" stadionunda erməni təxribatı baş verib. Arena üzərində qondarma "
Yerli idman nazirinin üzrxahlığından sonra matç davam etdirilib. 37-ci dəqiqədə isə Azərbaycan təmsilçisi 3-cü qolu vurub. Riçard Almeyda penaltini dəqiq yerinə yetirib.
İkinci hissədə tərəflər hərəyə bir dəfə fərqləniblər. 69-cu dəqiqədə Dani Kintana "Qarabağ"ın 4-cü topunu vurub. "Düdelanj" yalnız 90-cı dəqiqədə Antuan Bernyenin dəqiq zərbəsi ilə təsəlli tapa bilib.
A qrupunun digər oyununda "Sevilya" İspaniyada Kipr APOEL-ini minimal hesabla yenərək, xallarını 6-ya çatdırıb və vahid liderə çevrilib. "Qarabağ" isə "Düdelanj"la birgə hərəyə 3 xalla 2-3-cü yerləri bölüşür. Xalı olmayan APOEL isə qrup sonuncusudur.
Qeyd edək ki, "Qarabağ" növbəti oyununu oktyabrın 24-də Bakıda APOEL-ə qarşı keçirəcək. "Sevilya" isə "Düdelanj"ı qəbul edəcək.
UEFA Avropa Liqası
Qrup mərhələsi, II tur
23:00. “Düdelanj” (Lüksemburq) – “Qarabağ” (Azərbaycan) - 1:4
Qollar: Antuan Bernye, 90 - Abdullah Zubir, 11. Miçel, 30. Riçard Almeyda, 37 (pen.). Dani Kintana, 69
Qırmızı vərəqə: Mikael Qaros, 62 ("Düdelanj")
Baş hakim: Con Biton
Yan xətt hakimləri: Daniel Makfarlan və Duqlas Potter
Dördüncü hakim: Donald Robertson (hakimlər briqadası Şotlandiyadandır)
Hakim-inspektor: Yon Eylif Skyervold (Norveç)
UEFA nümayəndəsi: Maykl Zoratti (Avstriya)
“Jozi Bartel” stadionu
***01:12
"Düdelanj" “Qarabağ”la oyunda hesab arasındakı fərqi azaldıb
"Report" xəbər verir ki, meydan sahibləri oyunun 90-cı dəqiqəsində ilk qollarını vurublar - 1:4
***00:52
"Qarabağ" UEFA Avropa Liqasında qrup mərhələsinin II turu çərçivəsində keçirilən oyunda 4-cü qolunu rəqib qapısından keçirib.
"Report" xəbər verir ki, Dani Kintana qarşılaşmanın 69-cu dəqiqəsində Ağdam təmsilçisinin növbəti qolunu rəqib qapısından keçirib - 4:0.
Qeyd edək ki, qarşılaşmanın birinci hissəsində "Qarabağ"ın heyətində Abdulla Zubir (11), Miçel (30) və Riçard Almeyda (37) fərqləniblər.
***00:30
UEFA Avropa Liqasında qrup mərhələsinin II turu çərçivəsində keçirilən “Düdelanj” - “Qarabağ” oyununun ikinci hissəsi başlayıb.
"Report"un məlumatına görə, Ağdam təmsilçisi hesabda 3:0 öndədir.
"Qarabağ"ın heyətində Abdulla Zubir (11), Miçel (30) və Riçard Almeyda (37) fərqləniblər.
***00:30
UEFA Avropa Liqasında qrup mərhələsinin II turu çərçivəsində keçirilən “Düdelanj” - “Qarabağ” oyununun birinci hissəsi başa çatıb.
"Report" xəbər verir ki, Ağdam təmsilçisi hesabda 3:0 öndədir.
***00:05
UEFA Avropa Liqasında qrup mərhələsinin II turu çərçivəsində növbəti oyuna çıxan “Qarabağ” “Düdelanj”la oyunda hesabı 3:0-a çatdırıb.
"Report" xəbər verir ki, matçın 37-ci dəqiqəsində Riçard Almeyda penaltidən Ağdam təmsilçisinin növbəti qolunu vurub - 3:0.
***23:58
UEFA Avropa Liqasında qrup mərhələsinin II turu çərçivəsində keçirilən “Düdelanj” - “Qarabağ” oyunu davam etdirilir.
"Report" xəbər verir ki, komandalar yenidən meydana çıxıblar.
***23:31
UEFA Avropa Liqasının qrup mərhələsində Lüksemburqda oynanılan "Düdelanj" - "Qarabağ" oyunu erməni təxribatı ilə əlaqədar matç 30-cu dəqiqədə müvəqqəti dayandırılıb.
"Report" xəbər verir ki, buna səbəb matçın 30-cu dəqiqəsində "Qarabağ"ın rəqib qapısına vurduğu ikinci qoldan sonra dron vasitəsilə stadionun üzərində qondarma "
***23:30
UEFA Avropa Liqasında qrup mərhələsinin II turu çərçivəsində növbəti oyuna çıxan “Qarabağ” “Düdelanj”la oyunda hesabı 2:0-a çatdırıb.
"Report" xəbər verir ki, qarşılaşmanın 30-cu dəqiqəsində Miçel Ağdam təmsilçisinin növbəti qolunu vurub.
**23:11
UEFA Avropa Liqasında qrup mərhələsinin II turu çərçivəsində növbəti oyuna çıxan “Qarabağ” “Düdelanj”la oyunda hesabı açıb.
"Report" xəbər verir ki, Abdullah Zubir qarşılaşmanın 11-ci dəqiqəsində Ağdam təmsilçisini hesabda önə çıxarıb - 1:0.
***23:00
UEFA Avropa Liqasında qrup mərhələsinin II turu çərçivəsində "Düdelanj" (Lüksemburq) və "Qarabağ" komandaları arasında oyun başlayıb.
“Report” xəbər verir ki, Ağdam təmsilçisi qrup mərhələsinin II turunda Lüksemburqda “Düdelanj”ın qonağıdır.
Azərbaycan təmsilçisi “Jozi Bartel” stadionunda baş tutan matça Filip Ozobiç və Xayme Romerosuz çıxıb. Hər iki yarımmüdafiəçi zədəlidir.
Bu görüş "Qarabağ"ın baş məşqçisi