Qara Qarayev: "Hər zaman yığmaya xaricdən oyunçu daşıyıb gətirə bilmərik"

Qara Qarayev: "Hər zaman yığmaya xaricdən oyunçu daşıyıb gətirə bilmərik" "Bu təşəbbüsü bəyənirəm"
Futbol
5 Mart , 2021 10:16
Qara Qarayev: Hər zaman yığmaya xaricdən oyunçu daşıyıb gətirə bilmərik
Qara Qarayev

"Ukraynanın "Minay" klubunda çıxış edən Anatoli Nuriyev, Rüstəm Əhmədzadə və Rusiya "Ximki"sindən Kamran Əliyevi izləməmişəm. Yəqin ki, baş məşqçinin diqqət mərkəzinə düşən futbolçulardır".

Bu fikirləri "Report"a açıqlamasında Azərbaycan yığmasının futbolçusu Qara Qarayev hər üç oyunçunun milliləşdirilməsinə münasibət bildirərkən deyib.

29 yaşlı yarımmüdafiəçi legionerlərin yığmaya cəlb edilməsini müsbət qarşılayıb: "Valideynlərindən hansısa azərbaycanlıdırsa, niyə Azərbaycan millisində oynamasınlar və yığmaya kömək etməsinlər? Amma unutmayaq ki, biz ölkədə də futbolçu yetişdirməliyik. Hər zaman yığmaya xaricdən oyunçu daşıyıb gətirə bilmərik. Öz millətimizdən olsa belə, ölkədə də futbolçu yetişdirmək lazımdır".

Qarayevin sözlərinə görə, yerli çempionata və futbol akademiyalarına daha çox diqqət yetirilməlidir: "Bu təşəbbüsü bəyənirəm. Daha əvvəl də belə təşəbbüslər olub. Bu, dünya praktikasında da var. Bəzi aparıcı ölkələrin yığmalarında da legionerlər çıxış edib. Milli komandaya yaxşı təsir edəcəksə, faydalıdırsa, niyə də olmasın? Bu praktikadan yararlanan təkcə biz deyilik. Bu, normal haldır".

Qeyd edək ki, hazırda Anatoli Nuriyev və Rüstəm Əhmədzadə Azərbaycan millisinə namizəd oyunçulardır. Nuriyev vətəndaşlıq almaq üçün bu yaxınlarda Bakıya gələrək müvafiq sənədlərə qol çəkib.

Son xəbərlər

Orphus sistemi