"Qalatasaray" "Tottenhem"in futbolçusuna təklif göndərib
Futbol
- 10 iyul, 2023
- 20:06
Türkiyə "Qalatasaray"ı İngiltərənin "Tottenhem" klubunun futbolçusu Davinson Sançesi transfer etmək istəyir.
"Report" xəbər verir ki, bu barədə italiyalı jurnalist Fabritsio Romano özünün tviter səhifəsində paylaşım edib.
Onun sözlərinə görə, İstanbul təmsilçisi kolumbiyalı müdafiəçi üçün londonlulara 9 milyon avro dəyərində təklif göndərib.
28 yaşlı oyunçunun xidmətində "Cim-Bom"la yanaşı, Avropanın bir neçə komandası da maraqlıdır. Karyerası ilə bağlı yekun qərarı futbolçunun özü verəcək.
Qeyd edək ki, Davinson Sançes bu mövsüm "Tottenhem"in heyətində 24 oyun keçirib. Onun klubu ilə 2024-cü ilin iyununadək müqaviləsi var.
Son xəbərlər
08:15
Bakıda 14 istiqamətdə tıxac müşahidə olunur
İnfrastruktur08:07
Tramp: İranı İkinci dünya müharibəsindən bəri heç kimin yaşamadığı bir güclə vururuq
Digər ölkələr07:45
İsveç sanksiya siyahısında olan tankeri saxlayıb
Digər ölkələr07:13
Kuba Vatikanla danışıqlardan sonra 51 məhbusu azadlığa buraxıb
Digər ölkələr06:42
Binyamin Netanyahu: İranın nüvə alimləri öldürülüb
Digər ölkələr06:08
İraqdakı hərbi bazaya hücumda fransız hərbçi ölüb - YENİLƏNİB
Digər ölkələr05:53
Politico: Neft qiymətləri ən azı bir neçə ay yüksək qala bilər
Energetika05:18
Efiopiyada daşqınlar və torpaq sürüşmələri nəticəsində 107 nəfər ölüb
Digər ölkələr05:00