"Qalatasaray" "Neftçi" ilə oyuna hazırlaşır

"Qalatasaray" "Neftçi" ilə oyuna hazırlaşır Türkiyənin "Qalatasaray" komandası UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi"yə qarşı keçirəcəyi matçın hazırlıqlarını davam etdirir.
Futbol
15 Sentyabr , 2020 14:23
Qalatasaray Neftçi ilə oyuna hazırlaşır

Türkiyənin "Qalatasaray" komandası UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi"yə qarşı keçirəcəyi matçın hazırlıqlarını davam etdirir. 

"Report" İstanbul təmsilçisinin "Twitter" səhifəsinə istinadən xəbər verir ki, komanda baş məşqçi Fatih Terimin rəhbərliyi altında bu gün məşqə çıxıb. 

Sentyabrın 16-da çarter reysli təyyarə ilə Bakıya yola düşəcək "Qalatasaray" təqribən saat 15 radələrində Heydər Əliyev adına Beynəlxalq Aeroportunda olacaq. Saat 18:00-da baş məşqçi Fatih Terim oyunun keçiriləcəyi Bakı Olimpiya Stadionunda media önünə çıxacaq. Bundan yarım saat sonra "sarı-qırmızılar"ın ilk 15 dəqiqəsi mətbuat üçün açıq olan məşqi başlayacaq. 

Qeyd edək ki, sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Neftçi" - "Qalatasaray" oyunu saat 20:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi