PSJ-nin yetirməsi: "Azərbaycan klubu ilə müqavilə imzaladıqdan sonra sağlamlıq problemlərim oldu"

PSJ-nin yetirməsi: "Azərbaycan klubu ilə müqavilə imzaladıqdan sonra sağlamlıq problemlərim oldu" "Artıq gündəlik həyatdan və hər şeydən zövq alıram"
Futbol
30 Mart , 2023 09:38
PSJ-nin yetirməsi: Azərbaycan klubu ilə müqavilə imzaladıqdan sonra sağlamlıq problemlərim oldu

"Azərbaycan klubu ilə müqavilə imzaladıqdan sonra sağlamlıq problemlərim oldu, bu da müəyyən fəsadlar yaratdı".

"Report" xəbər verir ki, bunu "Qəbələ"nin sabiq futbolçusu Abdelrafik Jerar yetirməsi olduğu Fransanın PSJ klubunun rəsmi saytına müsahibəsində deyib.

Hazırda ölkəsi Fransada "Rasinq"in formasını geyinən 30 yaşlı yarımmüdafiəçi iki ildən çox futbolsuz qaldığını xatırladıb: "Artıq gündəlik həyatdan və hər şeydən zövq alıram. Uzun müddətdən sonra buna ehtiyacım var idi".

Jerar komandasının iddialı olduğunu da söyləyib: "Yaxşı heyətimiz var. II Milli Liqanın A qrupunda ikinci pillədəyik. Bu, Milli Liqaya yüksələcəyimizə inam verir".

Qeyd edək ki, 2020-ci ilin yanvarında "Qəbələ" ilə müqavilə bağlayan Abdelrafik Jerar həmin ilin iyununda klubdan ayrılıb. O, bu ilin əvvəlindən "Rasinq"in uğurları üçün çalışır.

Son xəbərlər

Orphus sistemi