Bu gün Azərbaycan Premyer Liqasında VII tura start veriləcək.
“Report”un məlumatına görə, ilk gündə iki oyun keçiriləcək.
Turun açılış matçında turnir cədvəlinin 3-cü pilləsində qərarlaşan “Turan Tovuz” səfər görüşünə çıxacaq. Bölgə təmsilçisi “Sumqayıt”ın qonağı olacaq.
Günün ikinci qarşılaşması Zirə Olimpiya İdman Kompleksinin stadionunda gerçəkləşəcək. Lider “Zirə” çempionata qeyri-sabit başlayan “Neftçi”ni qəbul edəcək.
Qeyd edək ki, turun “Sabah” – “Kəpəz” və “Səbail” – “Araz-Naxçıvan” oyunu sentyabrın 24-də, “Qəbələ” – “Qarabağ” matçı isə 25-də keçiriləcək.
Premyer Liqa
VII tur
23 sentyabr
18:00. “Sumqayıt” – “Turan Tovuz”
Hakimlər: Kamal Umudlu, Cavanşir Yusifov, Vüsal Məmmədov, Nicat İsmayıllı.
VAR: Tural Qurbanov.
AVAR: Əli Əliyev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
“Kapital Bank Arena”
20:30. “Zirə” – “Neftçi”
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Elşad Abdullayev, Emin Əliyev.
VAR: Cavid Cəlilov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Zirə Olimpiya İdman Kompleksinin stadionu
1 |
Zirə |
6 |
5 |
0 |
1 |
6-2 |
15 |
2 |
Qarabağ |
6 |
3 |
1 |
2 |
9-5 |
10 |
3 |
Turan Tovuz |
6 |
3 |
1 |
2 |
11-8 |
10 |
4 |
Səbail |
6 |
3 |
1 |
2 |
11-9 |
10 |
5 |
Araz-Naxçıvan |
6 |
3 |
1 |
2 |
7-7 |
10 |
6 |
Neftçi |
6 |
2 |
2 |
2 |
5-4 |
8 |
7 |
Sumqayıt |
5 |
2 |
1 |
2 |
7-5 |
7 |
8 |
Sabah |
5 |
1 |
1 |
3 |
6-7 |
4 |
9 |
Kəpəz |
6 |
1 |
1 |
4 |
3-9 |
4 |
10 |
Qəbələ |
6 |
1 |
1 |
4 |
4-13 |
4 |
Bombardirlər: Aleksandr Ramalinqom ("Səbail") - 4, Orxan Əliyev ("Araz-Naxçıvan"), Martin Petkov, Belajdi Pusi (hər ikisi "Turan Tovuz"), Osama Xalayla ("Qəbələ"), Olavio Juninyo ("Qarabağ") - 3 qol.