Premyer Liqa: “Sumqayıt” “Kəpəz”lə heç-heçə edib
Futbol
- 14 dekabr, 2023
- 13:26
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Premyer Liqasında XVII tura start verilib.
“Report”un məlumatına görə, ilk gündə bir oyun keçirilib.
Açılış matçında autsayderlər zonasında qərarlaşan “Kəpəz” yuxarı pillələrdə yer alan “Sumqayıt”ı qəbul edib. Tovuz şəhər stadionunda baş tutan qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.
Qonaqlar 20-ci dəqiqədə Roi Kehatın qolu ilə hesabı açsalar da, Gəncə təmsilçisi 43-cü dəqiqədə "status-kvo"nu bərpa edib. Georgi Papunaşvili adını tabloya yazdırıb.
Bu nəticədən sonra “Sumqayıt” xallarının sayını 24-ə, “Kəpəz” isə 14-ə yüksəldib.
Qeyd edək ki, turun digər oyunları dekabrın 15, 16 və 18-də keçiriləcək.
Son xəbərlər
19:50
Ermənistan Azərbaycanla birgə ekoloji layihələr həyata keçirməyə ümid edir
Xarici siyasət
19:47
Yunanıstan və Azərbaycan arasında yeni kommersiya kanalları üçün zəmin formalaşır
Biznes
19:39
Pezeşkian: İslam ölkələri ilə hər bir faydalı anlaşmanı dəstəkləməyə hazırıq - Yenilənib
Region
19:19
Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək
Energetika
19:19
Moratinos: BMT-nin Sivilizasiyalar Alyansı Azərbaycanla tərəfdaşlığı yüksək qiymətləndirir
Xarici siyasət
19:17
Video
Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb
Daxili siyasət
19:14
DTX "Ceyhun Sabunçu"nu qətlə yetirənləri müəyyən edərək saxlayıb – Yenilənib-2
Hadisə
19:07
Foto
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
Futbol
19:04
Foto
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Xarici siyasət