Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"u məğlub edib
Futbol
- 13 dekabr, 2025
- 18:26
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Sabah" Misli Premyer Liqasında "Turan Tovuz"u səfərdə məğlub edib.
"Report"un məlumatına görə, XV turun oyunu Bakı təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qonaqların heyətində 31-ci dəqiqədə Coy Lens Mikels hesabı açıb. 68-ci dəqiqədə Velko Simiç fərqi iki topa çatdırıb. 79-cu dəqiqədə Umarali Raxmonaliyev komandasının üçüncü qoluna imza atıb.
Tovuz klubunun heyətində Filip Ozobiç 82-ci dəqiqədə adını tabloya yazdırıb.
Bu nəticədən sonra xallarının sayını 31-ə çatdıran "Sabah" birinci pillədə qərarlaşıb. "Turan Tovuz" 24 xalla beşincidir.
Günün ilk görüşündə "Zirə" səfərdə "Şamaxı"ya uduzub - 1:2.
Qeyd edək ki, tura dekabrın 15-də yekun vurulacaq.
Son xəbərlər
14:45
Azərbaycan və Türkiyənin sarsılmaz birliyi regionda gərginliyi artırmağa çalışan aktorlara açıq mesajdır - Rəy
Xarici siyasət
14:37
Foto
Münhendə yaşayan azərbaycanəsilli yəhudilər Zəfər və Dövlət Bayrağı günlərini qeyd ediblər
Daxili siyasət
14:29
EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb - Eksklüziv
Maliyyə
14:27
UEFA Fransa Futbol Federasiyasını 10 min avro cərimələyib
Futbol
14:19
Serbiya parlamentinin sədr müavini müxalifətlə dialoqun vacibliyini vurğulayıb
Digər ölkələr
14:10
Türkiyə Prezidenti Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik edib
Xarici siyasət
14:09
Ərdoğan: Türkiyə ilə Azərbaycan arasında ayrılıq salmaq cəhdləri nəticəsiz qalacaq
Xarici siyasət
14:02
Foto
Premyer Liqa matçında 9 Noyabr - Dövlət Bayrağı Gününə həsr olunan aksiya təşkil edilib
Futbol
14:02
Draqan Vladisavljeviç "Dostluq" ordeni ilə təltif edilib
Daxili siyasət