Premyer Liqa: “Qarabağ” “Qəbələ”ni 1 qolla məğlub edib

Premyer Liqa: “Qarabağ” “Qəbələ”ni 1 qolla məğlub edib Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII turun daha bir oyunu keçirilib.
Futbol
13 dekabr 2022 16:53
Premyer Liqa: “Qarabağ” “Qəbələ”ni 1 qolla məğlub edib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII turun daha bir oyunu keçirilib.

“Report”un məlumatına görə, günün ikinci matçında “Qarabağ” “Qəbələ”ni qəbul edib.

Beş gün əvvəl “Azersun Arena”da Azərbaycan Kubokunun 1/4 final mərhələsində üz-üzə gələn komandalar bu dəfə çempionat çərçivəsində eyni məkanda qarşılaşıblar. Birinci hissəsi qolsuz keçən görüşün taleyini fasilədən sonra vurulan top həll edib. Ramil Şeydayev 68-ci dəqiqədə penaltidən fərqlənərək, “Qarabağ”a 1:0 hesablı qələbə qazandırıb.

Bu nəticədən sonra xallarının sayını 47-yə çatdıran Ağdam təmsilçisi qış fasiləsinə lider kimi yollanmağı təmin edib. “Qəbələ” isə aktivindəki 24 xalla 5-ci pillədə qalıb.

Günün digər görüşündə “Şamaxı” ilə “Zirə” qolsuz bərabərə qalıb.

XVII turun “Kəpəz” – “Sabah” və “Sumqayıt” – “Səbail” oyunları dekabrın 14-də, “Turan Tovuz” – “Neftçi” matçı isə dekabrın 15-də baş tutacaq.

Son xəbərlər

Orphus sistemi