Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXX turun daha iki oyunu keçiriləcək.
"Report" xəbər verir ki, ilk olaraq "Qəbələ" "Turan Tovuz"u qəbul edəcək.
Meydan sahibləri 16 xalla sonuncu, Tovuz təmsilçisi 39 xalla 6-cı pillədə qərarlaşıb.
Günün digər matçında "Neftçi" və "Araz-Naxçıvan" komandaları üz-üzə gələcəklər. "Ağ-qaralar" 44 xalla 3-4-cü yerləri bölüşdürürsə, Naxçıvan klubu 32 xalla 8-ci sıradadır.
Azərbaycan Premyer Liqası
XXX tur
13 aprel
16:30. "Qəbələ" – "Turan Tovuz"
Hakimlər: Rauf Cabarov, Rahil Ramazanov, Şirmamed Mamedov, Əli Əliyev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Qəbələ şəhər stadionu
19:00. "Neftçi" – "Araz-Naxçıvan"
Hakimlər: Əliyar Ağayev, Eyyub İbrahimov, Asiman Əzizli, Vüqar Həsənli.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Elman Musayev.
"Neftçi Arena"
Qeyd edək ki, ötən gün "Sumqayıt" - "Zirə" qarşılaşması qolsuz başa çatıb. Tura aprelin 14-də yekun vurulacaq.