Premyer Liqa: "Kəpəz" cari mövsümdə ilk qələbəsini qazanıb
Futbol
- 17 oktyabr, 2025
- 16:30
"Kəpəz" komandası cari mövsüm Misli Premyer Liqasında ilk qələbəsini qazanıb.
"Report"un məlumatına görə, Azər Bağırovun baş məşqçisi olduğu kollektiv VIII turda "Şamaxı" ilə üz-üzə gəlib.
Qarşılaşma "sarı-göylər"in 4:1 hesablı qalibiyyəti ilə yekunlaşıb. Komandanın heyətində Fərid Nəbiyev (34, 39) və Luis Paçu (67-p., 85) fərqlənib.
Meydan sahiblərinin yeganə qolunu 11-ci dəqiqədə Sezar Enrike vurub. Onun komanda yoldaşı Abdullahi Şuaybu 45+1-ci dəqiqədə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.
Bu nəticədən sonra xallarının sayını 3-ə çatdıran "Kəpəz" sonuncu - 12-ci pillədə qərarlaşıb. "Şamaxı" 9 xalla yeddincidir.
Günün ikinci matçında "Qarabağ" "Turan Tovuz"la üz-üzə gələcək.
Qeyd edək ki, tura oktyabrın 19-da yekun vurulacaq.
Son xəbərlər
06:33
Ağ Ev: Real dünya güc və qüdrətlə idarə olunur
Digər ölkələr06:02
Misir və Nigeriya yığması Afrika Millətlər Kubokunda 1/4 finala yüksəlib
Futbol05:45
Yaponiyada 6,2 bal gücündə zəlzələ baş verib
Digər ölkələr05:23
Britaniya Maduronun ələ keçirilməsindən sonra müxalifət lideri Maçado ilə əlaqə yaradıb
Digər ölkələr04:49
Zelenski Ukrayna Təhlükəsizlik Xidmətində kadr islahatları aparıb
Digər ölkələr04:21
ABŞ-də uranın zənginləşdirilməsi üçün şirkətlərə 2,7 milyard dollar ayırılıb
Digər ölkələr04:06
Hakan Fidan: Qəzzada sığınacaq imkanları yaradılmalıdır
Region03:35
Sibiqa: Moskva sülh səylərini rədd edir
Digər ölkələr03:06