PFL rəsmisi Azərbaycan Kubokunun final oyununun Sumqayıta salınmasının səbəblərini açıqlayıb

PFL rəsmisi Azərbaycan Kubokunun final oyununun Sumqayıta salınmasının səbəblərini açıqlayıb Peşəkar Futbol Liqası (PFL) cari mövsüm Azərbaycan Kubokunun final matçının Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionuna salınmasının səbəblərini açıqlayıb.
Futbol
10 Yanvar , 2025 16:54
PFL rəsmisi Azərbaycan Kubokunun final oyununun Sumqayıta salınmasının səbəblərini açıqlayıb
Sənan Abdullayev

Peşəkar Futbol Liqası (PFL) cari mövsüm Azərbaycan Kubokunun final matçının Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionuna salınmasının səbəblərini açıqlayıb.

Bu barədə "Report"a qurumun Media və marketinq direktoru Sənan Abdullayev açıqlamasında bildirib.

PFL rəsmisi bunu bir neçə amillə izah edib:

"Bilirsiniz ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda yenidənqurma işləri aparılıb. “Sumqayıt” komandasının, həmçinin avrokubok matçlarının bir neçəsi bu stadionda keçirilib. Kubokun finalına gəldikdə isə, qeyd edərdik ki, ölkəmizdə standartlara cavab verən, hazır olan bütün arenalar finalın baş tutması üçün potensial namizəd sayılır. Həlledici görüşün Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionuna salınmasında yenidənqurma işlərinin aparılması, avrokubok oyunlarının burada keçirilməsi, eyni zamanda Sumqayıt şəhərinin “idman şəhəri” olması kimi amillər mühüm rol oynayıb".

S.Abdullayev həmin görüşdə tribunaların tam dolacağına ümid etdiklərini söyləyib:

"Ümid edirik ki, azarkeşlər maraqlı final oyununa şahid olacaqlar. Biz də çalışacağıq ki, matçın yaxşı səviyyədə keçirilməsi üçün bütün addımları ataq".

Qeyd edək ki, Azərbaycan Kubokunun final qarşılaşması iyunun 1-də təşkil olunacaq.

Son xəbərlər

Orphus sistemi