Paris-2024-ün qalibi: "Kəpəz"in taleyi mənim karyerama bənzəyir"

Paris-2024-ün qalibi: "Kəpəz"in taleyi mənim karyerama bənzəyir" "Kəpəz"in taleyi mənim karyerama bənzəyir.
Futbol
17 Oktyabr , 2024 16:22
Paris-2024-ün qalibi: Kəpəzin taleyi mənim karyerama bənzəyir

"Kəpəz"in taleyi mənim karyerama bənzəyir.

Bunu "Report"a açıqlamasında Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Paralimpiya Oyunlarının qalibi, parataekvondoçu İmaməddin Xəlilov deyib.

Ötən gün Gəncədə "Kəpəz" klubunun qonağı olan 26 yaşlı idmançı təəssuratlarını bölüşüb:

"Məni "Kəpəz"in məşqinə klubun icraçı direktoru Cabir İbrahimov dəvət etdi. Gəncədəki stadionun tikintisi ilə tanış oldum. "Kəpəz"in ilk 8 turda məğlub olduğunu bilirəm. "Kəpəz"in taleyi mənim karyerama bənzəyir. Mən də ilk 7 il dayanmadan məğlub olurdum. Səkkizinci ilimdə isə parataekvondo üzrə Olimpiya çempionu oldum. Futbolçularla bu barədə söhbət etdim. Onlar da məni Paris-2024-də qazandığım uğurla bağlı təbrik etdilər".

O, doğma şəhərinin klubunun azarkeşi olduğunu və daha əvvəllər bir neçə oyunu stadiondan canlı izlədiyini bildirib:

"Mən əvvəlki illərdə "Kəpəz"i dəstəkləyən fan-klublardan birinin üzvü olmuşam. Şükürlər olsun ki, komanda uğursuzluq seriyasına son qoydu və ilk qələbəsini qazandı. Məncə, "Kəpəz" mövsümün sonunda turnir cədvəlinin ilk "dördülüy"ündə yer alacaq və avrokuboklara vəsiqə əldə edəcək".

Qeyd edək ki, klubla görüş zamanı İmaməddin Xəlilova "Kəpəz"in forması hədiyyə olunub.

Son xəbərlər

Orphus sistemi